«Azərreyl» sevindi
Bu gün Avropa Çempionlar Liqasının yeni mövsümün növbəti oyunlarına start verilib. İdman.com.az saytının məlumatına görə, «D» qrupunda yer alan qadın voleybolçulardan ibarət «Azərreyl» klubu evdə Almaniya «Dresdner»i ilə görüşüb.

Matç meydan sahibələrinin istədiyi kimi başlamasa da, sonradan təşəbbüsə yiyələnmək mümkün olub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə «dəmiryolçular» rəqibini üstələyib – 3:1 (23:25, 25:14, 25:14, 25:17).

Xəbər 880 dəfə oxundu.