Tukmakov: İndi əsas Həşimovun oynaması yox, onun sağlamlığıdır
Azərbaycan millisinin kapitanı Vladimir Tukmakov səhhətində problem yaranan Vüqar Həşimovun Qran-Pri turnirinə qatılmamağına münasibət bildirib. İdman.com.az-ın Rusiyanın chess-news.ru saytına istinadən məlumatına görə, ukraynalı mütəxəssis qrossmeysterimizin karyerasını nə vaxt bərpa edəcəyi vaxtı dəqiq söyləməyib. Tukmakov bildirib ki, indi əsas Həşimovun oynaması yox, onun sağlamlığıdır:

“Təəssüf ki, Vüqarın xəstəliyi biz istədiyimizdən ciddi oldu. Hansısa proqnozlar vermək... Mən həkim deyiləm. Ancaq daim onun ailəsi ilə əlaqə saxlayıram, son durumu ilə maraqlanıram. Lakin dəqiq deyə bilmərəm ki, Vüqar yarışlara nə vaxt qatılacaq. İndi əsas məsələ onun sağalmasıdır. Bundan sonra artıq şahmatdakı keçmiş səviyyəsini bərpası barədə düşünmək olar. Əlbəttə, bunu hər birimiz istəyirik”.

Xəbər 1138 dəfə oxundu.