“Rabitə” və “Azərreyl” də mübarizəyə qoşulur
Bu gün Avropada növbəti voleybol həyəcanına start veriləcək. İdman.com.az saytının məlumatına görə, daha 2 komandamız Çempionlar Liqasının yeni mövsümündə mübarizəyə başlayır. Serbiyada “Srvena Zvezda” üzərində qələbə qazanan (3:2) “Lokomotiv”in ardınca, “Azərreyl” də avrokuboka start verir. Komandamız doğma divarlar arasında Almaniyanın “Dresdner” klubunu qəbul edəcək.
Dünya çempionatında ikinci yeri tutan “Rabitə” isə Çexiyaya səfər edib. Təmsilçimiz burada “Agel”i sınağa çəkəcək.
Qeyd edək ki, Azərbaycan ilk dəfə ÇL-də 3 klubla oynayacaq.

Çempionlar Liqası. Qadınlar
24 oktyabr

“D” qrupu
18:00. “Azərreyl” (Azərbaycan) – “Dresdner” (Almaniya)
Hakimlər: Arturo di Giakomo (Belçika), Dusan Dovicoviç (Slovakiya)
Bakı, Voleybol Federasiyasının İdman Kompleksi

“B” qrupu
21:00. “Agel” (Çex Resp.) – “Rabitə” (Azərbaycan)
Hakimlər: İqor Porvaznik (Slovakiya), Yanik Çaladay (Fransa)
Prostejov, Sport Sentrum


Xəbər 1066 dəfə oxundu.