Yeni səfir Azərbaycan Taekvondo Federasiyasında olub
Koreya Respublikasının ölkəmizə təyin edilmiş yeni səfiri Çoy Suk-in və səfirliyin birinci katibi Le Von Sik Azərbaycan Taekvondo Federasiyasında olublar. İdman.com.az saytının məlumatına görə, taekvondoçular üçün yaradılmış şəraitlə yaxından tanış olan qonaqlar məmnunluq ifadə ediblər.

Dövlət rəsmilərinə Azərbaycanda bu idman növünün inkişafı və əldə edilmiş nəaliyyətlərlə bağlı geniş məlumat verilib. Səfirliyin yüksək çinli nümayəndələri federasiya rəhbərliyi ilə görüşdə bu olimpiya idman növünə ölkəmizdə hər zaman dəstək verməyə hazır olduqlarını bildiriblər.

Xəbər 1462 dəfə oxundu.