“Mançester Siti” İngiltərə kubokunun qalibi olub | |
İyunun 3-də futbol üzrə İngiltərə kubokunun (FA Cup) qalibi müəyyənləşib. Finalda Mançester şəhərinin iki təmsilçisi – “Mançester Siti” ilə “Mançester Yunayted” klubları üz-üzə gəliblər. Görüş Pep Quardiolanın yetirmələrinin xeyrinə başa çatıb - 2:1. Oyunda qolları İlkay Gündoğan (2, “Mançester Siti”) və Bruno Fernandeş (“Mançester Yunayted”) vurublar. |
|
Xəbər 150 dəfə oxundu. |
|
|