Zayzenbaherin yeni komanda yaratmaq arzusu
Oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək kişi və qadın cüdolar arasında Azərbaycan çempionatının təqvimi müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, ölkənin bütün aparıcı idmançılarının qatılacağı yarışın ilk günündə kişilər arasında 60 kq, qadınlar arasında bütün çəki dərəcələrində qaliblər məlum olacaq.

Bir gün sonra kişilər arasında 66 kq və 73 kq, çempionatın sonuncu günündə isə 81 kq, 90 kq, 100 kq və 100 kq-dan ağır çəki dərəcələrində çempionlar müəyyən ediləcək. Qeyd edək ki, millimizin yeni avstriyalı baş məşqçisi Peter Zayzenbaher yarışı izləyib, yeni komanda formalaşdırmaq arzusundadır.

Xəbər 1110 dəfə oxundu.