Namiq Yusifov: “Xəzər Lənkəran”la oyuna çıxa biləcəyəm
“Bakı” ilə oyunda sol dizimə zərbə dəydi. Mən mübarizədən qaçan deyiləm. Həkimlər ilkin müdaxiləni etsələr də, oyuna davam edə bilmədim. Halbuki, bunu çox istəyirdim”. İdman.com.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Namiq Yusifov deyib.

Yusifov klubunun saytına açıqlamasında “Bakı” ilə görüşdə zədələnərək, meydanı vaxtından əvvəl tərk etməsinə aydınlıq gətirib. Qarşılaşmanı 15-ci dəqiqəsində yerini Emin Mustafayevə verən 26 yaşlı Yusifov bildirib ki, zədəsi ciddi deyil: “Zərbə deyən yer şişmişdi. Artıq bu çəkilib. Dünən axşamkı çalışmada yüngül hərəkətlərə başladım. Hər halda, sabah tam gücümlə məşqə edə bilərəm. Baş məşqçimiz şans verəcəyi təqdirdə, “Xəzər Lənkəran”la oyuna çıxa biləcəyəm”.

O, növbəti turda qarşılaşacaqları “Xəzər Lənkəran”la matç barədə də fikirini açıqlayıb: “Lənkəranlılarla oyun həm çətin, həm də maraqlı olacaq. Düzdü, çoxları deyir ki, Yunis Hüseynovun yetirmələri bu mövsüm özünə bənzəmir. Amma hiss olunur ki, nəsə etməyə çalışırlar. “Qəbələ” ilə oyunlarını izlədim. Pis təsir bağışlamadılar. Bizim də zədəlilər var. Amma biz də oyuna 3 xal üçün çıxacağıq”.

Xəbər 1519 dəfə oxundu.