“Qəbələ” klubu cari mövsüm ölkə kuboku yarışlarında məğlub olmayıb
“Qəbələ” futbol klubu cari mövsüm Azərbaycan kuboku yarışlarında məğlub olmayıb.

Bu barədə Azərbaycan Peşəkar Futbol Liqası məlumat yayıb.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri keçirdiyi 5 görüşdə 4 qələbə qazanıb və yalnız 1 heç-heçə edib. Bunadək “qırmızı-qaralar” 5 dəfə mövsümü məğlubiyyətsiz bitirib. 2011-2012-ci, 2012-2013-cü, 2013-2014-cü, 2015-2016-cı və 2019-2020-ci il mövsümlərində “Qəbələ” klubu kubokda uduzmayıb. Amma həmin illərin heç birində mükafat qazanılmayıb.

“Qarabağ” həm də finala yüksələn və mövsüm ərzində cəmi 1 top buraxan iki komandadan biridir. 1998-1999-cu il mövsümündə “Neftçi”, 2015-2016-cı il mövsümündə “Qarabağ” cəmi bir qola üzülüb.

Xəbər 110 dəfə oxundu.