“Neftçi” və “Qəbələ”nin baş məşqçiləri karyeralarında ikinci dəfə ölkə kubokunu qazana bilərlər
Futbol üzrə Azərbaycan kuboku yarışlarının finalda üz-üzə gələcək “Neftçi” və “Qəbələ”nin baş məşqçiləri karyeralarında ikinci dəfə bu yarışın qalibi ola bilər.

Bu barədə Azərbaycan Peşəkar Futbol Liqası məlumat verib.

Baş məşqçilər Laurentsiu Regekampf və Elmar Baxşıyev çalışdırıcı kimi heç vaxt bu titula yiyələnməsə də, futbolçu kimi uğur qazanıblar.

Rumıniyalı vətənində “Styaua”da forma geyindiyi vaxt ölkə kubokunun sahibi olub. O, 1996-1997-ci il mövsümündə titul əldə edib.

Elmar Baxşıyevin kubok qazanması bundan 11 il sonra qeydə alınıb. O, “Xəzər Lənkəran”da uğura sevinib.

Qeyd edək ki, Regekampf yeganə ölkə kubokundan başqa Superkubok və Liqa kuboku da qazanmağı bacarıb.

Xəbər 110 dəfə oxundu.