Azərbaycan millisi elit-raund mərhələsində ilk oyununu səfərdə keçirəcək
2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raund mərhələsindəki rəqibləri iyunun 8-də bilinəcək Azərbaycan millisi ilk oyununu səfərdə keçirəcək.

UEFA artıq oyun cədvəlinin ardıcıllığını da açıqlayıb.

Sentyabrda rəqib meydanında bu mərhələyə start verəcək komandamız daha sonra Bakıda oyun keçirəcək. Oktyabrda isə əvvəlcə doğma məkanda, sonra rəqib meydanında gücünü sınayacaq. Dekabr ayında da yenə ilk matçı Bakıda oynayacaq komandamız mərhələnin son sınağını rəqib meydanında verəcək.

Qeyd edək ki, altı dəfə Avropa çempionatının final mərhələsində iştirak etmiş Azərbaycan millisi artıq bir dəfə də dünya çempionatının final mərhələsində gücünü göstərib. 2016-cı ildə Kolumbiyada təşkil olunan mundialda uğurla çıxış edən yığmamız mübarizəni ¼ finalda dayandırsa da, yekunda ən güclü 5-ci komanda olmağı bacarmışdı.

Xəbər 108 dəfə oxundu.