“Zirə” altı futbolçusu ilə yollarını ayırıb
“Zirə” klubu altı futbolçusu ilə yollarını ayırıb.

Bu barədə Bakı klubu sosial şəbəkə vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Hamidu Keyta, Coşqun Diniyev, Loris Bronyo, Mehdi Cənnətov, Mirsayib Abbasov və Mois Adileu ilə başa çatan müqavilə yenilənməyəcək.

Qeyd edək ki, adıçəkilən futbolçulardan Hamidu Keyta “Qarabağ”la anlaşıb.

Xəbər 114 dəfə oxundu.