Busketsə sürpriz talib
Transferə böyük pullar xərcləməsiylə tanınan, lakin bu mövsüm heyət quruluşunu çox pozmayıb Hazar və Oskar kimi gənc oyunçulara yönələn və Droqbanı itirən «Çelsi», yanvar ayında və önümüzdəki mövsümdə transfer bazarını çox sarsıdacaq kimi görünür. Londonluların «Barselona»nın imtina edilməz liberosu Serxio Busketsin izinə düşdüyü bildirilir.

Britaniya mətbuatında yayılan xəbərə görə, ispan futbolçu üçün 25 milyon funt ayıran Abramoviç mövsüm sonunda katalanlardan ayrılmaq istədiyi öyrənilən 24 yaşlı oyunçunu ələ keçirmək məqsədini qarşıya qoyub. Busketsin orta sahədə nigeriyalı ulduz Obi Mikelin tərəf müqabili kimi düşünüldüyü qeyd edilir.

«Barselona» ilə 2015-ci ilə qədər müqaviləsi olan ulduz oyunçunu əldən çıxarmağı düşünməyən ispan nəhənginin, bu cür böyük bir məbləğə xeyr deməyəcəyi və Tyaqo Alkantara kimi oyunçuları sistemə uyğunlaşdırmağa çalışacağı qeyd edilir.

Xəbər 977 dəfə oxundu.