«Barselona» prezidentinin üsyanı
«Barselona»nın prezidenti Sandro Rosell Serxio Busketslə maraqlanan «Mançester Siti»yə sərt reaksiya verib. İdman.com.az saytının məlumatına görə, Rosell klubdakı gənc oyunçulara böyük pullar təklif edən «Siti» və «Arsenal» kimi klubları sabitliklərini pozmağa çalışmaqda günahlandırıb.

İngilis və İspan mətbuatına görə, son Premyer Liqa çempionu «Mançester Siti» «Barselona»lı Serxio Busketslə maraqlanır. Rosell gənc oyunçunun komandada qalacağına inandığını deyib. Rosellə görə, «Siti»nin məqsədi Busketsi heyətinə qatmaqdan çox, «Barselona»ya zərər vurmaq istəyir.

Xəbər 877 dəfə oxundu.