“Rabitə” yenə səfərə çıxır
“Rabitə” bu gün yenidən Bakını tərk edəcək. İdman.com.az saytının məlumatına görə, son illərin Azərbaycan çempionu Çempionlar Liqasının ilk turunda iştirak üçün Çex Respublikasına yollanacaq.

Komandamız burada “Agel”lə qarşılaşacaq. Oyun oktyabrın 24-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qeyd edək ki, “Rabitə” Dohada başa çatan klublararası dünya çempionatından Vətənə oktyabrın 20-də qayıtmışdı.

Xəbər 1147 dəfə oxundu.