Yığma komanda Naxçıvanda təlim-məşqə başlayıb

Gələn il aprelin 6-dan 13-dək Özbəkistan paytaxtı Daşkənddə ağır atletika üzrə yeniyetmələr arasında dünya birinciliyi keçiriləcək. Bu yarış eyni zamanda yeniyetmələrin II Yay Olimpiya Oyunlarında lisenziya xarakteri daşıyır. Xatırladaq ki, 2010-cu ildə Sinqapurda keçirilmiş yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan idmançısı Nicat Rəhimov 69 kq çəki dərəcəsində uğurla çıxış edərək, bir qızıl medal qazanmışdı.
Azərbaycanın yeniyetmə ağırlıqqaldıranları ikinci olimpiadaya lisenziya qazanmaq üçün qarşıdakı dünya birinciliyinə daha ciddi hazırlaşırlar. Bu məqsədlə yığma komandamız baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində yerləşən Olimpiya İdman Kompleksində təlim-məşqlərə başlayıblar.
Noyabrın 3-dək davam edəcək təlim-məşq toplanışına 12 idmançı cəlb edilib.

Xəbər 1190 dəfə oxundu.