Tovuzda sensasiya
Dünən “Neftçi” – “Kəpəz” matçı (4:1) ilə startı verilən Topaz Premyer Liqasının IX turunda bu gün daha 3 qarşılaşma başa tutub. İdman.com.az saytının xəbərinə görə, tur lider “Simurq”un cari mövsümdə ilk dəfə məğlub olması ilə yadda qalıb.

Əslində, Zaqatala təmsilçisinin “İnter”ə uduzmasında qeyri-adi heç nə yoxdur. Bu komandalar arasındakı əvvəlki oyunların statistikasına nəzər yetirsək, “Simurq”un “İnter”ə əksər oyunlarda uduzduğunu, əvəzində isə mükafatçılar sırasına çıxması üçün “bankirlər”in rəqiblərinə problem yaratdığını görərik.

İlk zərbəni “İnter”dən almasına baxmayaraq, “Simurq” turnir cədvəlinin birinci pilləsində qalıb. Çünki ikinci yerin sahibi “Qarabağ” “Tofiq Bəhramov”da qəbul etdiyi “Bakı” ilə qarşılaşmada baş hakim Əliyar Ağayevin şübhəli penalti qərarıyla məğlubiyyətdən qaçıb. Hansı ki, Ağayevin həmin qərarı ona baha başa gəlib. Oyundan sonra buna etiraz edən bir neçə nəfər ona fiziki xəsarət yetirib.

Günün digər matçının nəticəsini isə sensasion saymaq olar. Belə ki, AZAL “Turan”la səfər matçında heç də yaxşı günlərini yaşamayan “Turan”la oyunda məğlubiyyətlə üzləşib.

Topaz Premyer Liqası. IX tur
20 oktyabr

“İnter” – “Simurq” - 1:0
Qol: Baçana Sxadadze, 52
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov
Bakı. “Şəfa” stadionu

“Turan” – AzAL - 1:0
Qol: Ender Günlü, 12
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Elşən Acalov, Feyzulla Feyzullayev
Tovuz. Şəhər stadionu

“Qarabağ” – “Bakı” - 1:1
Qol: Riçard almeyda, 79-p. - Edemir Rodriges, 23
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Rza Məmmədov, Ramil Əhmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Tura sabah keçiriləcək “Sumqayıt” – “Rəvan” , “Xəzər Lənkəran” – “Qəbələ” görüşləri ilə yekun vurulacaq.

Xəbər 952 dəfə oxundu.