Messi 13 yaşında nə deyib?
Dünya futbolunun meqaulduzu Lionel Messinin düz 13 il bundan əvvəl «Barselona»ya «Nyuelz Old Boyz»dan transfer olmazdan əvvəl yerli bir qəzetə müsahibə verdiyi ortaya çıxıb. İdman.com.az saytının məlumatına görə, burada Messiyə verilən qısa suallara oyunçunun cavabları diqqəti çəkir. Messi 13 yaşındaykən futbolda «1 nömrə olmaq» istəyini bildirib.

Messinin sevdikləri və s. ilə bağlı qəzetdəki cavabları bunlardır:
Pərəstiş etdiyi: Atası və babası
Məşqçi: Bütün məşqçiləri
Futbolçu: Böyük qardaşı və əmisi oğlu
Komanda: «Nyuelz Old Boyz»
Film: «Watch out, baby lose»
Kitab: İncil
İdman: Həndbol
Maniken: Nikol Neumann
Yemək: Souslu toyuq
Dərs fənni: Ədəbiyyat
Hədəfi: Liseyi bitirmək
Ən böyük hədəfi: 1 nömrə olmaq
Ən böyük sevinci: Klubun 10-cu dəfə çempion olması
Ən böyük hüznü: Nənəsinin ölümü
Ən böyük təəccübü: «Nyuelz Old Boyz»da 11-likdə oynaması

Xəbər 902 dəfə oxundu.