«Beşikdaş»ın rəqibi – «Ofspor»
Türkiyə kubokunda 3-cü mərhələnin püşkü atılıb. Bu mövsüm Avropa kuboklarına qatıla bilmədiyi üçün mübarizəsinə erkən başlayan «Beşikdaş» 2-ci Liqadan «Ofspor»la qarşı-qarşıya gəlməli olacaq. Ümumiyyətlə, bu mərhələdə 54 cütdə mübarizə gedəcək.

Oyunlar oktyabrın 30-31-i və noyabrın 1-də keçiriləcək. Noyabrın 27-29-dakı 4-cü mərhələdə 3-cü mərhələnin 27 qalibinə bu il Avrokuboklara yol açmış 5 komanda da qatılacaq. 16 komanda 11-13 dekabrda 5-ci mərhələdə növbəti mərhələnin qrup yarışlarında iştirak edəcək 8 komandanı müəyyən edəcək.

İdman.com.az saytının məlumatına görə, bu komandalar 2 yarımqrupda 2 dövrəlik yarışda yarımfinalçıları müəyyən edəcəklər. Qrup matçları dekabrın 18-dən fevralın 28-dək keçiriləcək.
3-cü mərhələdə rəqabətə aşağıdakı cütlüklər çıxacaqlar:

Beşikdaş - Ofspor
Karabükspor - Yeni Malatyaspor
Arsinspor - Qaziantepspor
Taşvanlı Linyit - Sivas 4 Eylül Bld.
Güngörenspor - Sivasspor
Antalyaspor - Eyüpspor
Denizli Bld. - Bozüyükspor
Erciyes - Sarıyer
Kızılcahamamspor - 1461 Trabzon
Balıkesirspor - Turqutluspor
Diyarbakır Bld. - Polatlı Buqsaşspor
Torku Konyaspor - Nazilli Bld.
Tokatspor - Akhisar Bld.
Ankaragücü - Çorum Bld.
Pendikspor - Elazığspor
Orduspor - Sancaktepe Bld.
Altay - Fethiyespor
Kasımpaşa - Kocaelispor
Tepecikspor - Gençlerbirliyi
Şanlıurfaspor - Orhangazispor
Batman Petrolspor - Adanaspor
Giresunspor - Mersin İdmanyurdu
Bandırmaspor - Yimpaş Yozqatspor
Dardanelspor - Manisaspor
Göztepe - Sakaryaspor
Bayrampaşa - Kartalspor
Qaziantep BŞB - Darısa Genclerbirliyi

Xəbər 1085 dəfə oxundu.