"Rabitə" bu dəfə finalda uduzdu
Qadın voleybolçular arasından Qətərdə keçirilən klublararası dünya çempionatı başa çatıb. İdman.com.az saytının məlumatına görə, bu mötəbər yarışda təmsil olunan "Rabitə" həlledici final matçında yebidən Braziliya çempionu "Sollis Nestle" ilə qarşılaşıb.

Çempionatda ilk görüşdə olduğu kimi, amerikalılar ikinci qarşılaşmada da komandamıza qalib gəliblər. Hər 3 setdə təmsilçimizdən üstün olan braziliyalılar tarixində ilk dəfə dünya çempionu adını qazanıblar.

Ötən il planetin ən güclüsü adını qazanmış “Rabitə” isə bu məğlubiyyətlə titulunu itirib. Həlledici görüşdən öncə isə üçüncü yer uğrunda görüş keçirilib. Puerto-Rikanın “Lançeras de Katano” komandasını məğlub edən Türkiyə "Fənərbaxça"si bürünc medal qazanıb.

19 oktyabr
Üçüncü yer uğrunda

“Lançeras de Katano” (Puerto-Rika) - "Fənərbağça" (Türkiyə) - 0:3 (16:25, 17:25, 17:25)

Final

"Sollis Nestle" (Brazliya) - "Rabitə" (Azərbaycan) - 3:0 (25:16; 25:14; 25:17)

Xəbər 1003 dəfə oxundu.