2026-cı il dünya çempionatının şüarı - “Biz – 26” | |
FIFA-nın prezidenti Canni İnfantino 2026-c ildə keçiriləcək futbol üzrə dünya çempionatının şüarını açıqlayıb. Mundial “Biz – 26” şüarı ilə keçiriləcək. FIFA-nın prezidenti qeyd edib ki, dünya çempionatına 16 şəhər ev sahibliyi edəcək. Bu şəhərlər əyləncəli məkanları və qonaqpərvər insanları özündə cəmləşdirir. İnanırıq ki, 2026-cı il dünya çempionatının oyunları azarkeşlərə unudulmaz anlar bəxş edəcək. Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada təşkil olunacaq. Mundiallar tarixində ilk dəfə 48 milli komanda birincilik uğrunda mübarizə aparacaq. Əvvəllər dünya çempionatlarında 32 komanda çıxış edirdi. Hazırkı dünya çempionu Argentina millisidir. |
|
Xəbər 106 dəfə oxundu. |
|
|