İngiltərə kuboku yarışlarının final oyunu təxirə salına bilər | |
Futbol üzrə İngiltərə kuboku yarışlarının final oyunu təxirə salına bilər. Buna səbəb “Mançester Siti”nin UEFA Çempionlar Liqasının finalına yüksəlməsidir. Mançester təmsilçisi iyunun 10-da həlledici qarşılaşmada “İnter”lə üz-üzə gələcək. Rəhbərlik komandanın görüşə yaxşı hazırlaşması üçün iyunun 3-dəki ölkə kubokunun başqa vaxta keçirilməsini istəyir. Qeyd edək ki, “Mançester Siti”nin İngiltərə kuboku yarışlarının finalında “Mançester Yunayted”lə qarşılaşacaq. |
|
Xəbər 143 dəfə oxundu. |
|
|