"Arsenal" qapıçısı ilə müqaviləni yeniləyib | |
Londonun “Arsenal" klubu qapıçısı Aaron Ramsdeyllə yeni müqavilə imzalayıb. Bu barədə klub rəsmi məlumat yayıb. 25 yaşlı qapıçı ilə müqavilənin müddəti 2027-ci ilə qədər uzadılıb. Yeni müqaviləyə əsasən, ingilis qapıçı əvvəlkindən iki dəfə çox - həftəyə 120 min funt sterlinq alacaq. Qeyd edək ki, Ramsdeyl cari mövsüm "Arsenal"ın heyətində 36 oyuna çıxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb. |
|
Xəbər 117 dəfə oxundu. |
|
|