Konfrans Liqasının finalında “Fiorentina” və “Vest-Hem” qarşılaşacaq | |
Futbol üzrə UEFA Konfrans Liqasında finalçılar bəlli olub. Səfərdə Niderlandın “Alkmar” kollektivini minimal hesabla (0:1) üstələyən İngiltərənin “Vest-Hem” klubu finala vəsiqə qazanıb. Oyunda yeganə qolu 94-cü dəqiqədə Fornals vurub. Qeyd edək ki, komandalar arasında ilk matç da “Vest-Hem”in xeyrinə başa çatmışdı – 2:1. İkinci finalçının adına isə İsveçrədə aydınlıq gəlib. “Bazel” klubu İtaliyada sürpriz şəkildə “Fiorentina”nı məğlubiyyətə uğratsa da (2:1), öz meydanın bu uğurun ardını gətirə bilməyib. Səfərdə parlaq oyun sərgiləyən florensiyalılar rəqiblərindən 3:1 hesabı ilə üstün olublar. Oyunda qolları “Fiorentina”dan Nikolas Qonzales (2) və Barak vurublar. Meydan sahiblərinin yeganə qoluna isə Amduni imza atıb. |
|
Xəbər 114 dəfə oxundu. |
|
|