Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi müəyyənləşib | |
Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi müəyyənləşib. Mayın 20-də "Sabah" və "Gəncə" komandaları arasında baş tutacaq final seriyasının oyunlarına start veriləcək. Final seriyasında ikinci oyun mayın 22-də, növbəti matç isə ayın 24-də keçiriləcək. Oyunlar “Sərhədçi” İdman Mərkəzində saat 19:30-da başlayacaq. Reqlamentə əsasən, final seriyasında ən tez üç qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq. Bundan əlavə, mayın 19-da NTD və "AAAF Xırdalan" komandaları arasında bir oyundan ibarət üçüncü yer uğrunda görüş baş tutacaq. |
|
Xəbər 125 dəfə oxundu. |
|
|