Avropa çempionatı: Yunanıstanlı gimnastlar beş iplə yarışlara liderlik edirlər
Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında gənclər arasında beş iplə proqrama Yunanıstan komandası başçılıq edir.

Yunanıstanlı gimnastların təsnifat mərhələsində çıxışı hakimlər tərəfindən 27,050 xalla qiymətləndirilib. Macarıstan komandası 26,650 xalla ikinci, İspaniya təmsilçiləri isə 24,900 xalla üçüncü pillədə qərarlaşıblar.

Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət komandamız B qrupunda mübarizə aparacaq.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar.

Xəbər 124 dəfə oxundu.