«Fənərbağça»da bir «sambaçı» qaldı
Son 10 mövsümdə hər il heyətində ən azı 3 braziliyalı futbolçu saxlayan «Fənərbağça»da Aleksin gedişindən sonra braziliyalı futbolçularından tək Kristian qalıb. İdman.com.az saytının məlumatına görə, komanda 2003-2004-cü illər mövsümündən bu yana 12 braziliyalı futbolçunu heyətinə qatıb. 2009-2010-cu illər mövsümündə isə braziliyalıların sayı ən çox – 7 olub.

Alman mütəxəssis Kristof Daumun rəhbərliyində çempion olduğu 2003-2004-cü illər mövsümündə «Fənər»də braziliya əslli olan Türk vətəndaşları Mehmet Aurelio və Mert Nobre ilə Fabio Lusiano forma geyinib. Növbəti mövsümün
əvvəlində Braziliya «Kruzeyro»sundan transfer edilən Aleks də Souza ilə birlikdə braziliyalı futbolçuların sayı da artdı. Fabiano Rodrigesin də gəlməsi ilə klubda braziliyalıların sayı 5-ə çatıb.

«Fənər»də 2005-2006 və yaranışının 100-cü ilindəki çempionluğun yaşandığı 2006-2007-ci illər mövsümlərində 4 braziliyalı oynadı. Alex və Aurelio hər iki mövsümdə forma geyərkən, Luciano ilə Nobre birinci, Deyvid de Souza və Edu Drasena növbəti mövsümdə komandada oldular.

«Fənərbağça»nın Çempionlar Liqasında dörddəbir final oynadığı 2007-2008-ci illər mövsümündə formanı 6 braziliyalı futbolçu geyindi. Dünya ulduzu Roberto Karlosu heyətinə qatan klubda, o mövsüm Aleks, Deyvid, Edu, Aurelio və Braziliya əslli türk vətəndaşı olan Gökçek Vederson da oynadılar.
İspan mütəxəssis Luis Araqonesin çalışdığı 2008-2009-cu illər mövsümündə 5 braziliyalı futbolçu İstanbul klubunda top qovdu - Aleks, Deyvid, Vederson, Roberto Karlos və Edu. Növbəti mövsümdə bu beşlikdən Edu olmasa da, əvəzində yeni transfer edilən Fabio Bilica, Andre Santos və Kristian Baroni braziliyalıların sayını 7-yə çatdırdılar. Roberto Carlos, mövsümü tamamlamadan, 2009-un dekabrında komandadan ayrılıb.

Baş məşqçi kürsüsündə Daumun boşaltdığı yerə Aykut Qocaman əyləşəndə braziliyalılardan yalnız Aleks, Santos, Kristian və Bilica qaldılar. Mövsümü çempion olaraq tamamladıqdan sonra, 2011-2012-ci illər mövsümündə komandada yalnız Aleks, Kristian və Bilica yer aldılar.
Aykut Qocamanla 3-cü mövsümünü keçirən «Fənərbağça»da Aleksin müqaviləsinin qarşılıqlı ləğv edilməsinin ardından, komandada Braziliya vətəndaşı olan tək Kristian qaldı.

Xəbər 1009 dəfə oxundu.