DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında 1 oyun keçirilib
DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında 1 oyun keçirilib. H qrupunda Polşa və İngiltərə yığmaları üz-üzə gəliblər.

Oktyabrın 16-da baş tutmalı olan, yağış üzündən 1 gün sonraya təxirə salınan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Britaniyalılar hesabı açsa da üstünlüyünü qoruya bilməyib. Beləliklə, 1 gün gözləməli olan rəqiblər hərəyə 1 xal qazanıblar.

H qrupu
Polşa – İngiltərə - 1:1
Qlik, 70 - Runi, 31

1 İngiltərə 4 2 2 0 12-2 8
2 Çernoqoriya 3 2 1 0 9-2 7
3 Polşa 3 1 2 0 5-3 5
4 Moldova 4 1 1 2 2-7 4
5 Ukrayna 3 0 2 1 1-2 2
6 San Marino 3 0 0 3 0-13 0

Xəbər 875 dəfə oxundu.