Zlatan İbrahimoviç “Qızıl ayaq” mükafatının sahibi olub
İsveç milli komandasının və Fransanın PSJ klubunun futbolçusu Zlatan İbrahimoviç nüfuzlu “Golden Foot” (“Qızıl ayaq”) mükafatının sahibi olub. Skandinaviyalı hücumçu yaşı 29-dan az olmayan, futbolun inkişafında özünəməxsus pay sahibi olan və karyerasında nəzərəçarpacaq nailiyyətlər qazanan futbolçular arasında ən yaxşı seçilib. O, Andrea Pirlo, Didye droqba və Raulu qabaqlayaraq 1-ci olub.

Qeyd edək ki, “Golden Foot” 2003-cü ildən təqdim olunan mükafta əvvəllər Roberto Bacco (2003), Pavel Nedved (2004), Andrey Şevçenko (2005), Ronaldo (2006), Alessandro del Pyero (2007), Roberto Karlos (2008), Ronaldinyo (2009), Françesko Totti (2010) və Ryan Giqqz (2011) layiq görülüblər.

Xəbər 1148 dəfə oxundu.