Basketbol Liqası: NTD klubu “Gəncə”ni məğlub edib
Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində “Gəncə” və NTD komandaları arasında yarımfinal seriyasının ikinci oyunu keçirilib.

Gəncə Olimpiya İdman Kompleksində keçirilən oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən paytaxt klubu 105:76 hesablı qələbə qazanıb.

Bu qələbə ilə NTD yarımfinal seriyasında hesabı bərabərləşdirib. Qarşılaşmada ən məhsuldar basketbolçular – “Gəncə”dən Amil Həmzəyev (19 xal, 4 ribaund), NTD-dən isə Londel Kinq (27 xal, 13 ribaund) olublar.

Qeyd edək ki, digər cütlükdə “Sabah” “AAAF Xırdalan”a hər iki görüşdə qalib gələrək, finala yüksəlib.

Xəbər 165 dəfə oxundu.