Roberto Karlos yenidən futbola qayıda bilər
Roberto Karlos yenidən futbola qayıda bilər. “Real”da cinah müdafiəçiləri olan Marselo və Fabio Koentraonun zədələnməsi Mourinyonu çətin vəziyyətə salıb. Verilən məlumata görə braziliyalı futbolçu Madrid təmsilçiləri ilə qısa müddətlik müqavilə imzalayacaq.
11 il “Real”da forma geyinən Karlos 2007-ci ildə “Fənərbaxça”ya transfer olmuşdu. Daha sonra üstünlüyü “Anji”yə verən 39 yaşlı futbolçu bu ilin mart ayında karyerasını başa vurub.

Xəbər 951 dəfə oxundu.