Avropa çempionatının final mərhələsinin iştirakçılarının tam siyahısı müəyyənləşib
21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin iştirakçılarının tam siyahısı müəyyənləşib. Gələn il İsraildə baş tutacaq yarışa 7 vəsiqənin sahibi pley-off matçlarında bilinib.

Son qitə çempionu İspaniyadan başqa, Almaniya, İtaliya, Hollandiya, Rusiya, İngiltərə və Norveç buna nail olub. Sonuncu 2 komanda seçmə mərhələdə Azərbaycan millisi ilə eyni qrupda yer almışdı.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi gələn il iyunun 5-18-də keçiriləcək.

Xəbər 934 dəfə oxundu.