UEFA Çempionlar Liqası: "Real Madrid" klubu “Mançester Siti”ni qəbul edəcək
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Turnirin son qalibi İspaniyanın "Real Madrid" klubu İngiltərənin “Mançester Siti” komandasını qəbul edəcək. “Santyaqo Bernabeu” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək.

Komandalar arasında cavab oyunu mayın 17-də keçiriləcək.

Yarımfinalın digər matçında İtaliya təmsilçiləri "Milan" və "İnter" qarşılaşacaqlar. Görüş mayın 10-da keçiriləcək.

Xəbər 124 dəfə oxundu.