Badmintonçumuz “YONEX Luxembourg Open 2023” turnirində gümüş medal qazanıb
Edi Reski Dviçayo “International” seriyalı “YONEX Luxembourg Open 2023” turnirində gümüş medal qazanıb.

Badmintonçumuz Edi Reski Dviçayo Lüksemburqda keçirilən beynəlxalq turnirdə uğurlu çıxışla yadda qalıb.

Mübarizəyə əsas mərhələdən başlayan Edi ilk görüşündə polşalı Mikolaj Szimanovskiyə 2:0 (21-6,21-19) hesabı ilə qalib gəlib. Edi növbəti görüşündə avstriyalı Gnedt Volfqanqı mübarizədən kənarlaşdırıb-2:0 (21-16,21-17).

Badmintonçumuz yarımfinal uğrunda keçirilən qarşılaşmada Almaniya təmsilçisi Mattias Kicklitzi 2:0 (21-10,21-10) məğlub edib. Üç set davam edən, gərgin və maraqlı mübarizə şəraitində keçən yarımfinal görüşündə isə badmintonçumuzun rəqibi indoneziyalı Krişna Adi Nugraha olub. Rəqibinə 2:1 (21-17,10-21,21-19) hesabı ilə qalib gələn Edi yalnız finalda uduzub.

Həlledici görüşdə hindistanlı Sankar Muthusamuyə 0:2 (11-21,19-21) hesabı ilə məğlub olan Edi Reski Dviçayo turnirin gümüş medalını qazanmaqla yanaşı, hesabına 2130 reytinq xalı əlavə edib.

Xəbər 168 dəfə oxundu.