İtaliya A Seriyasını tərk edəcək ilk komanda müəyyənləşib
İtaliya A Seriyasını tərk edəcək ilk komanda bəlli olub.

Çempionatın XXXIV turunda “Udineze”yə məğlub olan “Sampdoriya”nın (2:0) elitanı tərk edəcəyi dəqiqləşib. Hazırda 17 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşan komanda qalan oyunlarında qələbə qazansa belə, elitada qalmayacaq.

Daha əvvəl çempionluğunu rəsmiləşdirən “Napoli” 83 xalla turnir cədvəlinin liderdir. “Yuventus” 66 xalla ikinci, “Latsio” 64 xalla üçüncü pillədə qərarlaşıb. “İnter”in 63, “Milan”ın 61, “Atalanta” ilə “Roma”nın isə 58 xalı var.

Xəbər 123 dəfə oxundu.