Türkiyə millisi daha bir itki ilə üzləşib
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün səfərdə Macarıstan seçməsi ilə qarşılaşacaq Türkiyə millisi daha bir itki ilə üzləşib. Gökhan Gönül, Mehmet Topal, Səlcuk İnan və Burak Yılmazın zədələnməsindən sonra Arda Turan da sıradan çıxıb.

Hələ Rumıniya ilə İstanbuldakı oyunda zədələnən yarımmüdafiəçi Macarıstana aparılmışdı. Ancaq həkimlərin səylərinə baxmayaraq, Ardanın zədəsini sağaltmaq mümkün olmayıb. Millinin digər 4 üzvü kimi, ulduz futbolçu da macarlara qarşı forma geyə bilməyəcək.

Xəbər 857 dəfə oxundu.