Voleybolçumuz Ayşən Abduləzimova ardıcıl ikinci dəfə Macarıstan çempionu olub
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının qalibi olub.

Təcrübəli blokçumuzun komandası “Vaşaş” finalda “Bekescsaba” klubu ilə üz-üzə gəlib.

İlk iki oyunda 3:1 və 3:0 hesabları ilə qələbə qazanan kapitanımızın komandası son matçı da 3:0 hesabı ilə öz xeyrinə başa vurub.

Beləliklə, finalın hər üç matçında qələbə qazanan “Vaşaş” klubu Macarıstan çempionu olub və ötən ilki titulunu qoruyub. Bu oyunda millimizin və "Vaşaş"ın kapitanı 18 dəfə fərqlənib. Voleybolçu bu xallardan 10-nu hücumda, 8-ni isə blokda qazanıb. Kapitanımızın blokdakı göstəricisi qarşılaşmanın ən yaxşı nəticəsi olub.

Qeyd edək ki, bu il A.Abduləzimovanın çıxış etdiyi “Vaşaş” həm də Macarıstan kubokunu qazanib

Xəbər 145 dəfə oxundu.