Minifutbol üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşacaq
Bu gün Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirinin qalibi müəyyənləşəcək.

Azərbaycan millisi üçüncü yer uğrunda oyunda Qazaxıstan kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da başlayacaq.

Finalda Serbiya və Çexiya seçmələri qarşılaşacaqlar. Həmin matç saat 20:30-da start götürəcək.

Xəbər 128 dəfə oxundu.