Premyer Liqa: "Sabah" "Kəpəz"ə qalib gələrək liderlə xal fərqini azaldıb
Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib.

Açılış oyununda "Sabah" Qəbələdə "Kəpəz"in qonağı olub. Qəbələ şəhər stadionunda keçirilən matçda Bakı klubu qələbə qazanıb.

Paytaxt təmsilçisindən qolları 4-cü dəqiqədə Aleksey Kaşuk, 16-cı dəqiqədə Emmanuel Apeh və 83-cü dəqiqədə Davit Volkov vurublar.

Bu qələbə ilə xallarını 77-yə çatdıran "Sabah" lider "Qarabağ"la fərqi yenidən 4-ə endirib. 29 xalı olan "Kəpəz" isə 7-ci sırada qalıb.

Qeyd edək ki, turun "Şamaxı" - "Zirə" matçı mayın 6-da, "Turan Tovuz" - "Neftçi" və "Sumqayıt" - "Səbail" görüşləri mayın 7-də, "Qarabağ" - "Qəbələ" oyunu isə mayın 8-də keçiriləcək.

Xəbər 126 dəfə oxundu.