“Sabah” klubu “Beşiktaş”la keçiriləcək xeyriyyə oyunu ilə bağlı paylaşım edib
Bakının “Sabah” klubu Türkiyənin “Beşiktaş” komandası ilə keçiriləcək yoxlama oyunu ilə bağlı paylaşım edib.

Bakı təmsilçisi sosial şəbəkə vasitəsilə İstanbul təmsilçisini qəbul edəcəyi üçün sevincli olduğunu bildirib.

Paylaşımda bildirilib: “Türkiyənin 120 illik çinarı, böyük “Beşiktaş”! Zəlzələdən əziyyət çəkənlər üçün təşkil olunacaq dostluq matçında sizi Bakıda qonaq etməkdən qürur duyarıq”.

Qeyd edək ki, “Sabah” - “Beşiktaş” xeyriyyə oyunu mayın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Xəbər 116 dəfə oxundu.