Yığmamız Monteneqro, Kipr və Farer adaları komandaları ilə qarşılaşacaq
Bu gün İsveçrənin Nyon şəhərində qadın futbolçular arasında ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqası turnirinin 2023-2024-cü il mövsümünün püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, Azərbaycan millisi C Liqasının üçüncü qrupunda Monteneqro, Kipr və Farer adaları komandaları ilə mübarizə aparacaq.

Qrup oyunları bu ilin sentyabr, oktyabr və dekabr aylarında keçiriləcək. Turnirin final mərhələsi isə 2024-cü ildə təşkil olunacaq.

Xəbər 105 dəfə oxundu.