İtaliya A seriyasına vəsiqə qazanan ilk komanda müəyyənləşib
Növbəti mövsüm üçün futbol üzrə İtaliya A seriyasına vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib.

Bu, “Frosinone”dir. Komanda B seriyasının 35-ci turunda “Recina”nı 3:1 hesabı ilə məğlub edib. Fabio Qrossonun komandası xallarının sayını 71-ə çatdırıb və sona 3 tur qalmış üçüncü pillədəki “Bari”ni 10 xal qabaqlayıb.

Reqlamentə əsasən, 3-8-ci yerləri tutacaq komandalar A seriyasına üçüncü vəsiqə uğrunda pley-off matçlarında iştirak edəcəklər.

Qeyd edək ki, “Frosinone” tarixində üçüncü dəfə A seriyasında çıxış edəcək.

Xəbər 117 dəfə oxundu.