Əvəzedicilərin çempionatında IX və X turların 3 oyunu təxirə salınıb
Əvəzedicilərin çempionatında IX və X turların 3 oyunu təxirə salınıb. IX turda baş tutmalı olan “Neftçi” – “Kəpəz” və “İnter” – “Simurq”, X turun isə “Bakı” – “İnter” qarşılaşmaları başqa tarixə keçirilib.
Buna səbəb isə “Neftçi” və “İnter”in üzvlərinin 14 oktyabr tarixində 17 yaşlılardan ibarət Azərbaycan milli yığma komandasının, 17 oktyabr tarixində isə 19 yaşlılardan ibarət Azərbaycan milli yığma komandasının heyətində təlim-məşq toplanışında iştirak etməsidi.
Bu səbəbdən IX turda 4 qarşılaşma baş tutacaq.
19 oktyabr
Turan – AZAL
Tovuz şəhər Olimpiya İdman Kompleksinin stadionu, 16.00.
Qarabağ – Bakı
T.İsmayılov adına Suraxanı qəsəbə stadionu, 16.00.
20 oktyabr
Sumqayıt – Rəvan
Şağan qəsəbə Olimpiya İdman Kompleksinin stadionu, 15.00.
Xəzər Lənkəran – Qəbələ
Lənkəran şəhər Olimpiya İdman Kompleksinin stadionu, 16.00.

Xəbər 954 dəfə oxundu.