Turab Teymurov: Azərbaycan Qran-Prisində yeddi il ərzində biz bir çox rekordlara imza atdıq
Müjdəli xəbərlə qarşınızdayıq. Formula 1 Azərbaycan Qran-Prisi daha üç il uzadıldı. Yarış hər il 2026-cı ilədək ölkəmizdə keçiriləcək.

Bu sözləri jurnalistlərə müsahibəsində Formula 1 Azərbaycan Qran-Prisinin milli mətbuat katibi Turab Teymurov deyib.

“Formula 1 yarışın faydaları barədə uzun-uzadı danışmaq olar. İlk növbədə, onu qeyd etmək istəyirəm ki, məhz bu il bizim bu müqaviləyə imza atmamız simvolik oldu. Çünki ilk dəfə yeddi il ərzində biz bir çox rekordlara imza atdıq. Məhz bu il tribunalar tam olaraq doludur. 100-dən çox ölkədən bizim gözəl Bakımızı görməyə əcnəbi qonaqlarıımız gəlib. Növbəti üç il də hamımız əl-ələ verərək bu gözəl tədbiri keçirəcəyik”, - deyə T.Teymurov qeyd edib.

Xəbər 127 dəfə oxundu.