Aleks Elbon: Bakı yürüşündən əvvəl əsas müzakirə mövzusu uik-endin yeni formatıdır | |
“Williams” komandasının pilotları Aleks Elbon və Loqan Sarcent Formula 1 Azərbaycan Qran-Prisi öncəsində özlərinin planları və gözləntilərini bölüşüblər. Aleks Elbon deyib: “Bakı yürüşündən əvvəl əsas müzakirə mövzusu uik-endin yeni formatıdır. Cümə günü cəmi bir məşq var, ona görə də hər şeyi dərhal düzgün yerinə yetirmək vacibdir. Biz bu trasla simulyatorda çalışmışıq, ona yaxşı bələdik, lakin uik-endin necə keçəcəyini sonra görəcəyik. Döngələrin əksəriyyəti asta – 90 dərəcəlidir, bu səbəbdən maşının effektiv olacağı təqdirdə bütün dairəni sürətlə qət etmək mümkün olacaq”. Loqan Sarcent isə qeyd edib ki, Bakıda bu uik-end zamanı sükan arxasına qayıtmaq onu sevindirir. O əlavə edib: “Mən bu üç həftədə hazırlıq və mövsümün davamı üçün çalışmışam. Mərhələ maraqlı olmalıdır, axı bu, mənim şənbə sprinti ilə birinci uik-endimdir. Tras da yetərincə mürəkkəbdir. Mən bu çağırışı qəbul etməyi səbirsizliklə gözləyirəm”. Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-də start götürür və iki təsnifat və iki yarış yürüşü olmaqla, yeni formatda keçiriləcək. |
|
Xəbər 121 dəfə oxundu. |
|
|