“AAAF Xırdalan” müntəzəm çempionatı dördüncü pillədə tamamlayıb
Azərbaycan Basketbol Liqasında XXVIII turu çərçivəsində daha bir oyunu keçirilib.

Turun ikinci matçında "Zirvə Astara" və "AAAF Xırdalan" komandaları üz-üzə gəliblər.

"Sərhədçi" İdman Mərkəzində keçirilən görüş Xırdalan təmsilçisinin 109:96 hesablı qələbəsi ilə başa çatıb.

"AAAF Xırdalan" bu nəticə ilə müntəzəm çempionatı dördüncü pillədə tamamlayıb.

Oyunda ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Ruşard Kruikşenk (27 xal, 5 ribaund), "AAAF Xırdalan"dan isə Endryu Korum (31 xal, 9 ribaund) olublar.

Qeyd edək ki, turun "Sabah" - "Olimpik Şəki" və NTD - "Neftçi" oyunları aprel 29-da olacaq.

Xəbər 139 dəfə oxundu.