Bakıda keçiriləcək U-18 Avropa çempionatının loqosu təqdim olunub
İyulun 29-dan avqustun 6-dək Bakıda keçiriləcək 18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunun loqosu təqdim olunub.

Loqonun ilkin görünüşü bayrağımızda öz əksini tapmış aypara və səkkizguşəli ulduzu xatırladır. Loqoda qızıl ayparanın ənənəvi Azərbaycan zərgərlik sənətinə xas olan Qarabatdağ boyunbağısına bənzədilməsinin və içərisində səkkizguşəli ulduzun olduğu topun orta dairədən qızıl aypara boyunca yuxarıya doğru fırlanmasının şahidi oluruq.

Basketbolun əsas özəyini təşkil edən topun atəş qırmızı rəngdə olması isə məhz doğma Azərbaycanımıza xas olan xromatik xüsusiyyətdir.

Xəbər 146 dəfə oxundu.