Millimiz yoxlama oyununda Gürcüstanın “Martveli” klubuna qalib gəlib | |
On altı yaşadək basketbolçulardan ibarət millimizin Tbilisidə təlim-məşq toplanışı davam edir. Millimiz hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib. Baş məşqçi Tahir Baxşıyevin yetirmələri ilk görüşündə “Martveli” klubunun U-16 komandası ilə qarşılaşıb və rəqibinə 68:44 hesabı ilə qalib gəliblər. İkinci görüş “Dinamo Tbilisi” komandasına qarşı keçirilib. Basketbolçularımız həmyaşıdlarına 68:73 hesabı məğlub olublar. Qeyd edək ki, hazırlıq prosesi aprelin 30-dək davam edəcək. |
|
Xəbər 136 dəfə oxundu. |
|
|