Qadınlardan ibarət 3x3 basketbol üzrə yığmamız təlim-məşq toplanışında
Qadınlardan ibarət 3x3 basketbol üzrə yığma komandamızın bir qrup heyət üzvü Serbiyanın Novi Sad şəhərində hazırlıqlara başlayıb.

Millimiz serbiyalı mütəxəssislərin rəhbərliyi ilə gündə iki dəfə olmaqla məşqlərdə iştirak edir.

Təlim-məşq toplanışında əsas məqsəd may ayında start götürəcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasına hazırlaşmaqdır.

Xəbər 145 dəfə oxundu.