"Rabitə" bu gün klublararası dünya çempionatında ilk matçına çıxacaq
"Rabitə" bu gün klublararası dünya çempionatında ilk matçına çıxacaq. Qətərdə keçirilən mundialda Azərbaycan çempionu Cənubi Amerikanın ən güclüsü "Sollis Nestle" ilə qarşılaşacaq.

Təmsilçimiz üçün ilk görüşün çətin keçəcəyini proqnozlaşdırmaq olar. Çünki Braziliya klubunun əsasını Olimpiya çempionları təşkil edir və onların heyəti "Rabitə"dən fərqli, uzun müddətdir dəyişməzdir.

Bu azmış kimi, "Sollis Nestle" I turda digər rəqibimiz - Çin "Bohay Bank"ını asanlıqla məğlub etməklə, əlavə ruh yüksəkliyi qazanıb.

Lakin "Rabitə" onların sevincinin qarşısını almağın yollarını yaxşı bilir. Əsas hədəfi titulunu qorumaq olan son dünya çempionu yenə braziliyalılara gücünü göstərməyi və bir il öncə olduğu kimi yerini göstərməyi planlaşdırır. Çünki "Sollis Nestle" ilə müqayisədə Bakı təmsilçisi rəqibinin oyununu canlı izləyərək, lazımı qeydləri götürüb.

Bundan əlavə, yeni baş məşqçi Marçello Abbondanza və yeni voleybolçular mövsümə qələbə ilə başlamaq arzusundadırlar.

15 oktyabr

A qrupu

17:00. “Rabitə” (Azərbaycan) - “Sollis Nestle” (Braziliya)


B qrupu

19:00. “Fənərbaxça” (Türkiyə) - “Lançeras de Katano” (Puerto-Rika)

Qeyd edək ki, ilk turda A qrupunda “Sollis Nestle” (Braziliya) "Bohay Bank"a (Çin) 3:0, B qrupunda isə “Lançeras de Katano” (Puerto-Rika) “Kenya Prisons”ə (Keniya) 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 998 dəfə oxundu.