Gimnastımız Nikita Simonov Avropa çempionatını beşinci pillədə başa vurub
Antalyada idman gimnastikası üzrə onuncu Avropa çempionatına yekun vurulub. Çempionatda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri kişilər arasında Nikita Simonov, İvan Tixonov və qadınların yarışında Nazənin Teymurova və Samirə Qəhrəmanova təmsil ediblər.

Komandamızın üzvləri arasında ən yaxşı nəticəni N.Simonov qazanıb. O, fərdi proqramda halqalar ilə hərəkətlərin icrasında təsnifat mərhələsində altıncı nəticə (14.666 xal) göstərib. Finala vəsiqə qazanan gimnastımız həlledici mərhələdə 14.566 xal toplayaraq beşinci yeri tutub.

Xəbər 99 dəfə oxundu.